Amerikalılar Veteranlar Gününü koronavirus pandemiyasının gərginliyinin artdığı və prezident seçkilərinin başa çatdığı bir vaxt qeyd edir.
Hər il noyabr ayında qeyd olunan Veteranlar Günü 1918-ci ildə Almaniyanın təslim olması və Birinci Dünya Müharibəsi bitməsindən sonra başlayan bir ənənədir.
Veteranlar Günü adətən amerikalılar ölkənin silahlı qüvvələrində xidmət edən və münaqişələrdə həyatını itirən kişi və qadınların xatirəsini hərbi orkestrlər və paradlarla qeyd edir. Lakin bu il koronavirus pandemiyası səbəbindən bir çox tədbir ləğv edilib. Bəzi tədbirlərin ya miqyası azaldılıb, ya da virtual formata keçirilir.
Orlando, Florida, Pitsburq, Pensilvaniya, San Antonio və Texas şəhərlərində paradlar ləğv edilib.
Adətən Arlinqton Milli Qəbiristanlığında Veteranlar Günü mərasimi ictimaiyyət üçün açıq olmasa da, qəbristanlığın Naməlum Əsgər türbəsindən canlı yayım edilir.
Virtual anım mərasimləri Vaşinqton və Nyu-Cersidəki Vyetnam Veteranları Memoriallarında da keçirilir.
Texas ştatının Fort Vorth şəhərində anım mərasimi nəqliyyat vasitələri ilə - Memorial Motorcade adlanan paradla keçirilir. Nyu Yorkda Veteranlar Günü virtual tədbirlərlərlə yanaşı, sosial məsafəni gözləməklə, bir sıra tədbirlər keçirilir.
ABŞ-da Veteranlar Günü əvvəllər Birinci Dünya Müharibəsinin bitməsi münasibət ilə Barışıq Günü adlanırdı. Lakin Konqres 1926-cı ildə bu günün hər il qeyd edilməsi ilə bağlı qanun qəbul edib. 1938-ci ilin noyabrın 11-dən etibarən isə ölkə səviyyəsində bayram kimi qeyd edilməyə başlayıb.