ABŞ-da seçkilər keçirilir

ABŞ-da seçkilər keçirilir
4 Noyabr 2020
Mətni dəyiş

ABŞ prezidentliyi uğrunda yorucu və ağır seçkiqabağı kampaniyalar başa çatıb.

Noyabrın 3-də on milyonlarla seçici ölkənin hazırkı prezidenti Donald Trampı önümüzdəki dörd il ərzində Amerika lideri olaraq saxlayacağı və ya onun Demokrat rəqibi, keçmiş vitse-prezident Co Baydenin lehinə hakimiyyətdən getməsinə qərar vermək üçün səsvermə məntəqələrinə üz tutub.

Son inkişaflar

ABŞ-ın şərq hissəsində seçki məntəqələrinin çoxu açıqdır.

Baydenin bazar ertəsi dayanacağı 18 seçici səsinə sahib olan və rəy sorğularında namizədlərin bərabər rəqabət apardığı Ohayo ştatı olub. Tramp eyni zamanda namizədlər arasında ciddi rəqabətin olduğu Şimali Karolina, eləcə də Baydenin son sorğularda liderlik etdiyi Miçiqan və Viskonsin ştatlarına gedib. Trampın 2016-cı ildəki qələbəsində bu iki ştat əhəmiyyətli rol oynamışdı.

Erkən səsvermə göstəriciləri

ABŞ-da koronavirus pandemiyası fonunda 99 milyondan çox insan erkən səs verib. Bu, 2016-cı il seçkilərində Trampın rəqibi Hillari Klintonu Ağ Ev uğrunda gözlənilmədən məğlub etdiyi 139 milyon səsin üçdə ikisindən çoxdur.

Prezident seçkiləri həm Tramp, həm də Bayden bir-birini ölkəni idarə etmək üçün yararsız olduğunu və onu viranəliyə çevirəcəyi iddiaları ilə keçirilən qızğın kampaniyadan sonraya təsadüf edir.

Həftəsonu Tramp kampaniyasının minlərlə tərəfdarının ölkənin bir çox yerində toplanması ilə gərginliklər artmışdı. Hətta Tramp bayraqları daşıyan bir maşın karvanı Baydenin kampaniya avtobusunu Texas və Nyu Cersinin magistral yollarından çıxmağa məcbur etmişdi.

Nyu York və Vaşqintonda Ağ Evin yaxınlığındakı mağazalar seçki ilə əlaqəli potensial zorakılıqlara görə ziyan və talançılığa mane olmaq üçün vitrinləri qapadılıb.

Seçicilərin çoxu (üçdə ikisi poçt vasitəsi ilə bülletenlər göndərib, qalanları şəxsən səs verib) səsvermə məntəqələrində digər insanlarla üz-üzə gəlməmək üçün erkən səs verdiklərini bildirib. Belə ki, ABŞ son bir gün ərzində 90 mindən çox yeni koronavirus yoluxması qeydə alınıb.

Demokratlar Trampın əleyhinə səs verənlər arasında birinci olmaq və onu son 40 ildə ABŞ-ın tək bir müddət prezidentlikdən sonra məğlub edilən üçüncü prezident etmək istədiklərini deyir.

Bir çox respublikaçı rəsmi prezident seçkiləri günü, noyabrın ilk bazar ertəsindən sonrakı ilk çərşənbə axşamı ABŞ-da onilliklər ərzində hər dörd ildən bir keçirilən seçkilərdə olduğu kimi şəxsən səs verməyi planlaşdırdıqlarını deyib.

Ölkənin 328 milyon vətəndaşının böyük əksəriyyətindən daha yaşlı iki namizəd arasında seçim edilir.

Bayden yanvarın 20-də İnauqurasiya Günü 78 yaşında, Tramp isə 74 yaşında olacaq. Kim qalib gəlsə, bu günə qədər ən yaşlı ABŞ lideri olacaq.

Bundan əlavə, seçicilər Nümayəndələr Palatasında 435 və Senatda 100 yerdən 35-ni seçirlər. Partiyalar Konqresin hər iki qanadına nəzarət uğrunda mübarizəyə milyonlarla dollar and çoxlu enerji sərf ediblər.

Hazırda Nümayəndələr Palatasında çoxluq Demokratlara, Senatda isə Respublikaçılara mənsubdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun