Pandemiya başlanandan Birləşmiş Ştatlarda 11.4 milyon yoluxma təsdiqlənib və bu dünya üzrə ümumi 56 milyonun beşdə biri deməkdir
Noyabrın 18-də Birləşmiş Ştatlarda COVID-19-dan ümumi ölü sayı 250 mini keçib, xəstəxanaya yerləşdirilənlərin sayı isə rekord 78 minə çatıb.
Cons Hopkins Universitetinin məlumatına görə, noyabrın 17-də ABŞ-da 1707 nəfər, maydan bəri rekord sayda xəstə vəfat edib.
Həftəlik ortalama gündəlik ölü sayı 1176 nəfərdir ki, bu da Hindistan və Braziliyanın göstəricilərindən çoxdur.
Baydenin komandasına əngəllər yaradılır
Qubernatorlar və yerli məmurlar yoluxmada artımı səngitmək üçün bir sıra yeni tədbirlərə əl atıblar. Nyu York şəhəri noyabrın 18-də elan edib ki, noyabrın 19-dan məktəblərdədərslər dayandırılır. Mer Bill de Blasio əlavə məhdudiyyətlərin tətbiq oluna biləcəyini bildirib.
Pandemiya başlanandan Birləşmiş Ştatlarda 11.4 milyon yoluxma təsdiqlənib və bu dünya üzrə ümumi 56 milyonun beşdə biri deməkdir.
Yeni prezident seçilmiş Co Bayden noyabrın 18-də komandasına hakimiyyətə keçid mərhələsində yaradılan əngəlləri bir daha dilə gətirib.
“Biz çox şeyləri sadəcə əldə edə bilmirik”, – deyən Bayden bu sırada şəxsi qoruyucu avadanlıqla bağlı datanı və COVID-19 vaksinlərinin paylanma planını göstərib.
Prezident Donald Tramp seçkidə uduzduğunu qəbul etmir, məhkəmə iddiaları qaldırır. Tramp bir həftəyə yaxındır ictimaiyyət arasında görünməyib.
Meksikada 100 minə yaxın ölüm halı qeydə alınıb, 1 milyondan çox yoluxma təsdiqlənib.
Vaksin xəbərləri və Avropada yoluxmalar
Bu arada vaksin hazırlayan şirkətlərdən xoş xəbərlər gəlməkdədir.
ABŞ-ın Pfizer şirkəti bildirir ki, COVID-19 vaksininin son mərhələ sınaqlarının nəticələri 95 faiz effektiv olub və vaksin yaşlıları da qoruya biləcək.
Şirkətin noyabrın 18-də yaydığı məlumata görə, əlində iki aylıq təhlükəsizlik datası var və bir neçə günə təcili təsdiq üçün hakim orqanlara müraciət edəcək
Yekun təhlildən bir həftə öncə isə sınağın ilkin nəticələri vaksinin 90 faizdən artıq effektiv olduğunu göstərmişdi. ABŞ-ın digər dərman şirkəti – Modernaisə noyabrın 16-da vaksinlə bağlı ilkin datanı yayıb, oxşar dərəcədə səmərəli olduğunu bildirib.
Dünya Səhiyyə Təşkilatı (DST) bu arada bildirib ki, Avropada qoyulan qadağalardan sonra ötən həftə yoluxma sayı son üç ayda ilk dəfə olaraq azalıb. Ancaq regionda virusdan ölənlərin sayı artır.
Almaniya parlamenti qanunvericiliyə hökumətin səlahiyyətini gücləndirən dəyişikliklər edib. Berlin küçələrində isə məhdudiyyətlərə etirazlar keçirilir.
Noyabrın 18-də Berlində 7 minədək insan nümayişə çıxıb, polis onların daş, butulka, fişəng atıb.
Polis etirazçıları su şırnaqları və gözyaşardıcı qazla dağıdıb. On polis əməkdaşının xəsarət aldığı, 365 nəfərin saxlandığı bildirilir.
Digər Avropa ölkələrində isə evdə qalmaqla bağlı qadağalar uzadılıb. Ekspertlər qışın virus baxımından ağır keçəcəyini proqnozlaşdırırlar.