ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 2,9 mlrd dollar dəyərində dron satacağı barədə planı ilə Konqresi məlumatlandırıb.
Bu barədə “Reuters” xəbər yayıb. Məlumata görə, ABŞ-ın rəsmi Abu-Dabiyə “F-35” qırıcısı satacağı da bildirilib.
Bu “soyuq müharibə” dövründən sonra ilk dron ixracatı olacaq. ABŞ ötən illərdə həmin dronu müttəfiqi olan 34 dövlətə satıb.