Ərdoğan Putinə Qarabağla bağlı işçi qrup yaratmağı təklif edib

Ərdoğan Putinə Qarabağla bağlı işçi qrup yaratmağı təklif edib
9 Noyabr 2020
Mətni dəyiş
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Rusiya prezidenti Vladimir Putinə işçi qrup yaratmağı təklif edib.
Bu barədə 9 noyabrda "CNN Türk" telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Şənbə günü iki ölkə lideri arasında Qarabağdakı vəziyyətlə bağlı telefonda danışığı olub.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, liderlər münaqişənin sülh yoluyla həll olunması üçün qarşılıqlı fəaliyyətlə bağlı razılıqlarını ifadə ediblər.
Müvafiq təklifin də məhz bu telefon danışığı zamanı verildiyi bildirilir.
"CNN Türk"ün iddiasına görə, Putin Türkiyə prezindentinin ideyasını xoş qarşılayıb. Yaxın günlərdə Qarabağ münaqişəsi ilə bağlı danışıqların  Minsk Qrupundan kənarda, ikitərəfli formatda aparıla biləcəyi deyilir.
Həmçinin yeni qrupun atəşkəsdən sonrakı dövrün şərtləri əsasında və prosesin siyasi həlli istiqamətində iş aparacağı ehtimal edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun