Bu gün Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Toplantıya Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
İclasda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaranmış son vəziyyət, atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı məsələ də müzakirə ediləcək.
Qeyd olunub ki, iclasda həmçinin koronavirus pandemiyasına qarşı mübarizə və Şərqi Aralıq dənizindəki son durum, xüsusilə karbohidrogen ehtiyatlarının kəşfiyyat-axtarış prosesləri, Şimali Kipr Türk Respublikasına ediləcək sərmayələr və digər mövzular müzakirəyə çıxarılacaq.