Ərəb ölkəsində spirtli içkilərə və nikahsız birgəyaşayışa icazə verildi

Ərəb ölkəsində spirtli içkilərə və nikahsız birgəyaşayışa icazə verildi
9 Noyabr 2020
Mətni dəyiş
Birləşmiş Ərəb Əmirliklərində alkoqol istehlakını, intihar cəhdini və cütlüklərin nikahsız birgəyaşayışını qadağan edən qanunlar aradan qaldırılıb.
Xəbəri "RİA Novosti" yayıb.
BƏƏ-də artıq 21 yaşdan yuxarı şəxslərin fərdi qaydada, yaxud müəyyən ictimai yerlərdə alqokol istehlakına icazə veriləcək.
Bundan əvvəl ölkədə ancaq 21 yaşdan yuxarı və qeyri-müsəlman turistlərə və əcnəbilərə alkoqol satışına icazə verilirdi.
Bunlardan savayı, BƏƏ-də qadınlara qarşı qısnamaya görə cəzalar sərtləşdirilib.
İntihara cəhdinə və nigahsız birgəyaşayışa dair cinayət məsuliyyəti nəzərdə tutulan qanunlara dəyişikliklər edilib. Həmçinin namusu qorumaq məqsədiylə mövcud olan maddə də ləğv edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun