Ələsgər Məmmədli: "Azərbaycan dərhal Rusiyaya xəbərdarlıq etməlidir"

Ələsgər Məmmədli: "Azərbaycan dərhal Rusiyaya xəbərdarlıq etməlidir"
13 Noyabr 2020
Mətni dəyiş
"Sosial şəbəkədə yayılan informasiyalardan və görüntülərdən məlum olur ki, Kəlbəcər ərazisində qanunsuz məskunlaşdırılmış ermənilər ərazini tərk edərkən, evlərə od vurub qəsdən yandırır". Bu sözləri hüquqşünas Ələsgər Məmmədli bildirib. Hüquqşunas deyir ki, bu hərəkət son imzalanan razılaşmanın kobud şəkildə pozulmasıdır. "Dərhal Azərbaycan tərəfi Rusiyaya xəbərdarlıq etməlidir, sülhməramlıların vəzifəsi həm də qəsdən cinayət əməli tördənələrə mane olmaqdır. Evlərin qəsdən yandırılması və azərbaycanlıların əmlakına zərər vurulması cinayətdir", - deyə hüquqşünas Ələsgər Məmmədli bildirib.
Sosial şəbəkələrdə Azərbaycanın Kəlbəcər rayonundan çıxarılan ermənilərin orda yaşadıqları evləri yandırıb çıxmasına dair görüntülər yayılıb. Görüntülər şəbkə istifadəçilərinin narazılığına səbəb olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun