Moldovanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərində səsvermənin gedişatında protokolların 99 faizinin yoxlanılmasına əsasən məlumatları dərc edib.
Bu barədə “Sputnik Moldova” bildirib.
Qeyd edilir ki, seçicilərin 35,42%-i ölkənin keçmiş baş naziri Maya Sanduya səs verib, eyni zamanda ölkənin hazırkı prezidenti İqor Dodon 33,16% seçici səsini toplayıb.
MSK-da qeyd ediblər ki, hər iki namizəd dövlət başçısı seçkilərinin ikinci turuna keçir. Namizədlərdən heç biri elektoratın 50% dəstəyini qazanmadığından təkrar səsvermə keçiriləcək.
Qeyd edək ki, ötən gün Moldovada prezident seçkiləri keçirilib. Seçkidə iştirak 33,33%-i ötüb, buna görə seçkilər baş tutmuş sayılır.