Zeynal Tənhayi 500 milyon tümən müqabilində azadlığa buraxılıb

Zeynal Tənhayi 500 milyon tümən müqabilində azadlığa buraxılıb
24 Oktyabr 2020
Mətni dəyiş

İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Zeynal Tənhayi məhkəmə qərarının sonuna qədər 500 milyon tümənlik girov müqabilində azadlığa buraxılıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, oktyabrın 4-də İranın Kəşfiyyat Nazirliyinin qüvvələri tərəfindən həbs edilən Tənhayi 16 gün nəzarət altında qaldıqdan sonra Təbrizin mərkəzi həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

İran Azərbaycanının şəhərlərində Qarabağ müharibəsində Azərbaycan respublikasına dəstək və həmçinin İranın Ermənistanla olan mövqeyini qınamaq məqsədilə yayılan bildirişlər və mitinqlərlə əlaqədar həbs edilib. Baxmayaraq ki, heç bir mitinqdə iştirak etməyib.

Əldə edilən məlumata görə, İranın təhlükəsizlik qüvvələri tərəfindən milli fəalın evinə basqın məhkəmə qərarı olmadan baş verib. Axtarış əməliyyatı zamanı Zeynal Tənhayi və onun həyat yoldaşının cib telefonu ilə bir sıra şəxsi əşyaları müsadirə edilib.

Təbrizdə yaşayan milli fəallar Zeynal Tənhayi sərbəst buraxıldıqdan sonra onun evinə gedib və milli fəalla görüşüblər.

İran Azərbaycanında Qarabağa dəstək nümayişləri çağırışlarından sonra İran hökumətinin kəşfiyyat agentləri tərəfindən çox sayda milli fəal və vətəndaş həbs edilib və həbs edilən vətəndaşlar ağır işgəncələrə məruz qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun