“Bu gün ATƏT-in Minsk qrupunun üzərinə düşən vəzifə ondan ibarətdir ki, dərhal məqsədyönlü danışıqlar bərpa edilməlidir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan qoşunları işğal olunmuş ərazilərimizdən çıxarılmayınca Cənubi Qafqazda sülhün bərqərar olması qeyri-mümkündür: “Xalqımız bilməlidir ki, bu istiqamətdə ölkə başçısının tapşırığı ilə işlər davam etdirilir. Bəli, ölkəmizə qarşı təzyiqlər də var. Azərbaycan Prezidenti həmin təzyiqlərə sinə gəlməkdədir. Biz bu təzyiqləri çox görmüşük. Amma Azərbaycanın işi haqq işidir”.
15:05
Hikmət Hacıyev: “Dünən Ali Baş Komandanın tapşırığı ilə Xarici İşlər naziri Ceyhun Bayramov Moskva görüşündə iştirak edib. Görünən odur ki, Ermənistan tərəfi humanitar atəşkəs rejiminin tətbiq olunmasından yenə də istifadə edir. Azərbaycanla heç kim şərtlərlə danışa bilməz. Atəşkəs sülh deyil. Amma buna baxmayaraq biz yenə də Ermənistanın riyakarlığını görürük”.
15:10
Hikmət Hacıyev: “Atəşkəs sülh prosesinin irəli aparılması üçün vasitələrdən biri ola bilər. Mövcud dövrdə Moskvada qəbul olunmuş bəyanat humanitar əsaslarla qəbul olunmuş bir atəşkəs rejimidir”
15:15
Hikmət Hacıyev: “Ermənistanın Azərbaycana qarşı təcavüzü davam etməkdədir. Moskvada qəbul edilmiş bəyanatdan sonra da Ermənistanın Silahlı Qüvvələrimzə qarşı təxribatı davam etməkdədir”.
15:20
Hikmət Hacıyev: "Əgər humanitar əsaslarla olan bu atəşkəs rejiminin pozulması istiqamətində Ermənistan tərəfindən təxribatlar davam etdirilərsə, Azərbaycan tərəfi yenə də özünü müdafiə hüququndan istifadə edərək cavab vermək məcburiyyətindədir. Bu xüsusda beynəlxalq ictimaiyyətin də, xüsusən də bu təşəbbüslərlə çıxış edən dövlətlərin də aidiyyatı üzrə öz qeydlərini götürməsini çox vacib hesab edirik ki, Ermənistan nəhayət reallığa gətirilmiş olsun”
15:25 Ceyhun Bayramov: "Rusiya prezidentinin təşəbbüsü ilə həm Azərbaycan prezidenti, həm də Ermənistan hökumət başçısı ilə bir sıra telefon danışıqları və əsas istiqamətlər üzrə razılıq əldə edilmişdir". 15:30 Ceyhun Bayramov: "Bu gün saat 12:00-dan atəşkəs təmin edilməli idi. Lakin Ermənistan ordusu buna əməl etmədi. Humanitar Atəşkəs rejimi zamanı Beynəlxaq Qırmızı Xaç Komitəsinin fəaliyyəti hələki başlamayıb. Çünki Ermənistan qoşunları atəşkəsi pozmağa davam edir. Biz diplomatik üstünlüyə malikik". 15:35 Xarici işlər naziri: "Cəbhədəki üstünlüyümüzlə Ermənistan tərəfi baza prinsiplərini təsdiq etməyə məcbur edildi. Ermənistan son vaxtlar 7 şərt irəli sürürdü. Onlar məcbur edildi ki, danışıqlar prosesi dəyişməz qalır. Ermənistan çox narahatdır, onlar təhlükəsizliklə bağlı zəmanət istəyirdilər". 15:40 Ceyhun Bayramov: "Bu sənəddə öz əksini tapan baza prinsiplərində işğalçıların rayonlardan çıxarılması nəzərdə tutulub. İlkin mərhələdə 5 rayon, daha sonra 2 rayon. Bu proses beləcə davam etdirilməlidir. Növbəti mərhələlərdə isə məcburi köçkünlər geri qaytarılmalı, icmalar bir yerdə yaşamalıdır". 15:45 Ceyhun Bayramov: "Cədvəllə bağlı mən onu qeyd etmək istərdim ki, bəyanatın 3-cü bəndində qeyd olunan baza prinsiplərinin həyata keçirilməsi öz növbəsində cədvəllərin mövcudluğunu və cədvəllərin tərtibini nəzərdə tutur. Bu, sənədin özündə yoxdur, ancaq bu sənəddə əks olunan və Ermənistanın son bir neçə il ərzində imtina etdiyi prinsipin burda bərqərar olması siz qeyd edən istiqamət üçün atılan bir addımdır”. 15:50 Ceyhun Bayramov: “Müddətə gəldikdə isə burda hər hansı atəşkəsin müddəti barədə məlumat yoxdur. Bu prosesi Qırmızı Xaç Komitəsi müəyyən edəcək, orada qızğın döyüşlər gedirdi. Hərbçilərin, meyitlərin dəyişdirilməsi prosesi asan deyil. Bu proses yekunlaşandan sonra Qırmızı Xaç Komitəsi dəqiq məlumat verə bilər”. 15:55