Suriyadan olan 380 muzdlu Qarabağda gedən döyüşlərdə Ermənistanın köməyinə göndərilir.
Bu barədə 'Virtual Azərbaycan' portalı diplomatik mənbələrə istinadən xəbər yayıb. Məlumatda bildirir ki, ötən gecə muzdlular Livandan olan terror qruplaşmasına məxsus maşınlarda İraqla sərhədi keçiblər.
Bundan başqa, Süleymaniyyədən İrəvana bir reys də gəlib. Silah və canlı qüvvənin daşınması üçün Ermənistanın mülki və dövlət təyyarələri cəlb olunub ki, bu da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarının ciddi şəkildə pozulmasıdır.
Bu arada, BBC-nin rus xidmətinin məlumatına görə, Dağlıq Qarabağdan minlərlə qaçqın Ermənistana axışıb. Onların yolunda ilk yaşayış məntəqəsi sərhədyanı erməni şəhəri Gorusdur.
Qarabağdan çıxan qaçqınları Gorus meriyasına gətirirlər, oradan onları ya qohumları götürür, ya da mehmanxanalara paylayırlar. BBC-nin rus xidmətinin əməkdaşı qaçqınların toplanış məntəqəsində olub və təhlükəsizlik axtarışında evlərini tərk edən bir neçə ailə ilə söhbət edib.
Meriyaya kürəklərində erməni bayrağının əksi olan eyni dəri gödəkcələrdə 4 nəfər daxil olur. Onlardan biri gün eynəyindədir, saçları quyruq formasında yığılıb. Onlar rusca yox, yalnız ingilis və erməni dillərində danışırlar.
Bildirilir ki, üç gün əvvəl Livandan ölkəyə gələn “Armenia” beynəlxalq bayker klubunun üzvləridirlər. Kişilər kameralardan gizlənmirlər, lakin real adlarının əvəzinə jurnalistlərə bayker təxəllüslərini deyirlər: Raket, Günahkar, Psix və Qara qırğı...