Vaşinqtonda Azərbaycanın öz tarixi torpaqlarının işğaldan azad olunması istiqamətində səylərinə dəstək aksiyası keçirilib.
Aksiyanın iki yüzdən çox iştirakçısı Azərbaycan və Türkiyə bayraqlarını qaldıraraq Ermənistanın işğalçılıq siyasətini pisləyiblər və erməni qoşunların Azərbaycan ərazisindən dərhal çıxarılmasına çağırıblar.
Nümayişçilər Azərbaycanın dinc yaşayış məntəqələrinin raket və artilleriya atəşlərinə son qoyulmasının vacibliyini bildiriblər.
Aksiya iştirakçıları Ağ Evin ardınca Türkiyənin Vaşinqtondakı səfirliyinə gediblər, orada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Ankaranın mövqeyini alqışlayıblar.