"Vaqner"in sahibi: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir"

"Vaqner"in sahibi: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir"
6 Oktyabr 2020
Mətni dəyiş

"Qarabağda baş verənlərin bilavasitə səbəbkarı Ermənistanın baş naziri, çox anlaşılmaz və çox təhlükəli oyun oynayan Nikol Paşinyandır" Abzas.net xəbər verir ki, bunu Rusiyanın dünyada məşhur olan "Vaqner" özəl hərbi şirkətinin (ÇVK) yaradıcısı və sahibi, milyarder iş adamı Yevgeni Priqojin deyib. O, "vaqnerçilər"in Qarabağ savaşına Ermənistan tərəfindən qatılmaları, yaxud qatıla biləcəkləri ilə bağlı məsələyə aydınlıq gətirib.

Priqojin deyib ki, Paşinyan xeyli vaxtdır ki, Qərbə meyllənib, Qərbin əmrlərini yerinə yetirir və Rusiyanı aldatmaq istəyir.  Mənim mövqeyim konkret və açıqdır.  Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Ermənilərin "soyqırım"la bağlı dedikləri də mənimçün o qədər Açıqlamasını davam etdirən Priqojin Rusiyanın Qarabağa qoşun yeritmə ehtimalına gəlincə, aşağıdakıları bildirib: "Rusiyanın Qarabağa hərbçi, yaxud özəl hərbi şirkətin silahlısını yollamaq hüquqi ixtiyarı və əsası yoxdur.  Çünki, dediyim kimi, Qarabağ Azərbaycan ərazisidir. Gələk Türkiyə məsələsinə... Türkiyə Ermənistan sərhədlərini keçməməklə Qarabağdakı proseslərə müdaxilə edə bilər. Çünki beynəlxalq hüquq buna imkan verir. Rəcəb Tayyib Ərdoğanın öz dövlətinin və xalqının maraqları naminə etdikləri heç bir halda, ermənilərin dedikləri kimi, "işğal" və ya "hərbi əməliyyat" deyil.  Məncə, Qarabağdakı müharibənin dayanmasının ən real yolu Rusiyanın siyasi-diplomatik yolla proseslərə müdaxiləsidir". (Yeni Müsavat)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun