Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, məktəblərin bağlanması koronavirusa qarşı mübarizəyə çox az təsir edir.
Bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge tvitterdə yazıb. Onun sözlərinə görə, belə vəziyyətdə ən çox çətin şəraitdə yaşayan uşaqlar əziyyət çəkir.
Daha əvvəl H.Klüge pandemiya zamanı məktəblərin bağlanmasını 190-dan çox ölkədə 1.6 milyard şagirdin təhsilində tarixin ən böyük pozuntusu adlandırmışdı. O, məktəblərin açıq qalmasına dair çağırışlar edirdi.
Dünyada 43.5 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb. 1.1 milyondan çox insan infeksiyaya yoluxduqdan sonra ölüb, 29.2 milyondan çox insan isə sağalıb.