ÜST: Dünya boyu 10 nəfərdən biri koronavirusa yoluxmuş ola bilər

ÜST: Dünya boyu 10 nəfərdən biri koronavirusa yoluxmuş ola bilər
7 Oktyabr 2020
Mətni dəyiş

Ümumdünya Səhiyyə Təşkilatı dünya boyu təxminən 10 nəfərdən birinin koronavirusa yoluxmuş ola bildiyini deyir.

Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının rəhbəri Maykl Rayan bazar ertəsi agentliyin "təxminlərinə görə" dünya əhalisinin 10 faizinin virusa yoluxmuş ola biləcəyini deyib.

Təxminlərə görə, 760 milyondan çox insanın yoluxması dünyadakı təsdiqlənmiş yoluxma hallarından 20 dəfə çoxdur və qlobal əhalinin 90 faizi hələ də virusa yoluxma təhlükəsi ilə üzləşir.

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki 34 üzvlü İcra Heyətinin xüsusi iclasında danışan Rayan rəqəmlərin ölkələr arasında fərqli olduğunu, və bunun “dünyanın böyük əksəriyyətinin risk qarşısında qaldığı” mənasına gəldiyini deyib.

“İndi çətin bir dövrə qədəm qoyuruq," o bildirib.

Cons Hopkins Coronavirus Resurs Mərkəzi dünya səviyyəsində koronavirusdan təsdiqlənmiş ölüm hallarının sayının 1 milyonu keçdiyini bildirməsindən bir həftə sonra, bazar ertəsi yoluxanların toplam sayının 35 milyonu keçdiyini bəyan edib.

Bir neçə Avropa ölkəsi pandemiya səviyyəsinin ən yüksək həddə çatdığını - Bazar ertəsi Almaniya təsdiqlənmiş yoluxma hallarının 300 mini keçdiyini, Britaniya 500 min qeydə alındığını, Avropada koronavirusun ən çox təsirə məruz qoyduğu İspaniya isə 800 min yoluxma halının qeydə alındığını bildirib.

The Washington Post qəzetinin məlumatına görə, əsasən Qərb və mərkəzi ştatlar başda olmaqla, son bir həftə ərzində ABŞ ştatlarının təxminən üçdə ikisində koronavirusa yeni yoluxma hallarında artım qeydə alınıb.

Cons Hopkins ABŞ-da koronavirusa yoluxma hallarının 7.4 milyondan çox, ölüm hallarının isə 210,000-ə yaxın olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun