Ukrayna prezidenti Vladimir Zelenski Qara dəniz bölgəsinin müdafiəsi məqsədilə regionda iki dövlət hərbi-dəniz bazasının tikiləcəyini deyib. “Biz Ukraynanı quruda, suda, havada və kiberməkanda müdafiə edə biləcək Ukrayna ordusu qururuq”-deyə, o qeyd edib.
V. Zelenski, həmçinin 2020-ci ildə Ukrayna tarixində orduya ən böyük büdcənin ayrıldığını vurğlayıb. O, 2021-ci ildə də ölkənin müdafiəsi istiqamətində maliyyələşmənin azalmayacağını bildirib.