"Azərbaycanın mülki obyektlərinə Ermənistanın hücumunu sərt şəkildə qınayırıq”.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın mülki obyektlərinə Ermənistanın hücumuna dair açıqlamasında vurğulanıb.
Qeyd edək ki, oktyabrın 14-də və 15-də Tərtər rayonunda məktəbi və qəbiristanlığı Ermənistanın atəşə tutması nəticəsində 4 mülki şəxs ölüb, 13 nəfər yaralanıb.