“Məkrli planlar quran Ermənistan Azərbaycanın dinc əhalinin yaşadığı yerləri olan Goranboy, Tərtər, Ağdam və Füzuli rayonlarını hədəfə almağa davam edir”.
Bu barədə Türkiyə Müdafiə Nazirliyinin tvitter səhifəsində yazılıb.
“Müharibəni Qarabağın xaricində mülki yerlərə daşımağa çalışan Ermənistan hərb və insanlıq cinayəti törətməyə davam edir!”, - qeyd olunub.