Türk Hava Yolları səhmlərini satışa çıxarır?

Türk Hava Yolları səhmlərini satışa çıxarır?
9 Oktyabr 2020
Mətni dəyiş

“Türk Hava Yollarının səhmlərini satışa çıxarmaqla bağlı heç bir planı yoxdur. Şirkət güclü struktura malikdir”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Sərvət Fondlarının Baş direktoru Zafer Sönməz deyib.

Onun sözlərinə görə, Türk Hava Yolları Türkiyənin uğur hekayəsidir: “Ölkənin əsas şirkətlərindən biridir. Biz şirkətin yanındayıq, dəstək olacağıq. Qulaqlarımızı spekulyativ xəbərlərə bağlamışıq. Şirkət koronavirus pandemiyasından sonra bərpa planı ilə qazanan şirkətlərdən biri olacaq”.

Xatırladaq ki, Türk Hava Yolları 1933-cü ildən fəaiyyət göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun