ABŞ prezidenti Donald Tramp ştatda koronavirusa yoluxma hallarında sıçrayış olduğu bir vaxt Pensilvaniyanın normal iş fəaliyyətinə qayıtmasını tələb edir.
"Pensilvaniyada nə baş verir?" - deyə, Tramp noyabrın 3-ü ümumiilli seçkiləri üçün həlledici salınan ştatın Erie Beynəlxalq Hava Limanında seçkiqabağı kampaniya zamanı izdihamdan soruşub.
Demokrat Partiyasının üzvü, ştat qurbernatoru Vali Tom Volf tərəfindən tətbiq edilən pandemiya məhdudiyyətlərindən məyusluğunu dilə gətirən prezident Pensilvaniyanın kifayət qədər uzun müddət bağlı qaldığını deyərək, "qubernatorunuzdan Pensilvaniyanı açmasını istəyin" - deyə, tərəfdarlarına çağırış edib.
Sentyabrın 19-da Pensilvaniyada virusun yayılmasının qarşısını almaq üçün Volf birlikdə çalışmaq müraciətini bir daha təkrar edib.
“Ştatın hər bölgəsində ailələrin və dostların nisbətən kiçik yığıncaqları səbəbilə COVID-19-un yayıldığı müşahidə olunur” - deyə, Pensilvaniyanın səhiyyə rəsmisi, doktor Reyçel Levin bildirib.
Ştatda COVID-19 səbəbi ilə xəstəxanaya yerləşdirilənlərin sayı son dörd həftə ərzində iki dəfə artsa da, bu, aprel ayının sonundakı ən yüksək səviyyədən üç dəfədən çox azdır.
Tramp vitse-prezident Mayk Penslə birlikdə yenidən seçmə şansları üçün kritik sayılan bu ştatda tez-tez seçki kampaniyalarında çıxış edir.
Volf Tramp kampaniyasını "Pensilvaniya icmalarını COVID-19 epidemiyası riski altına qoyan təhlükəli yürüşlər" keçirdiyinə görə tənqid edib.
Pensilvaniya ştatında 75-dən çox həkimin imzaladığı məktubda insanlar Trampın mitinqinə qatılmamağa çağırılıb. Bildirilib ki, bu kimi kampaniya tədbirləri əhalinin sağlamlığını təhlükə altına alır və koronavirusun “artıq bizimlə olmadığı” barədə yanlış fikir formalaşdırır.
Pensilvaniya sakini olan Demokrat Partiyandan prezidentliyə namizədi Co Bayden də ştatda tez-tez olur, lakin iştirakçı sayını minimuma endirərək onların hamısının maskalı olmasını tələb edərək, sosial uzaqlaşdırma qaydalarına riayət edir.
Sabiq prezident Barak Obama bu gün Filadelfiyada sabiq vitse-prezident Bayden üçün kampaniya aparacaq.
Bu ay Pensilvaniyada keçirilən rəy sorğuları Baydenin Trampı yalnız bir neçə xalla qabaqladığını göstərib.
Erie-də 56 dəqiqəlik çıxışı zamanı prezident ABŞ hökumətinin “virusu əzdiyini”, ölkənin Avropadan fərqli olaraq daha yaxşı iş gördüyünü və pandemiyanın “sona çatmaqda olduğunu” deyib.
Bayden isə bu gün Delaver ştatının Vilminqton şəhərindədir. O, heç bir seçki kampaniyası keçirmir. Burada o, cümə axşamı Trampla Tennesi ştatının Naşvill şəhərində baş tutacaq ikinci debata hazırlaşdığını bildirib.
Pensilvaniyanın prezident seçilməsi üçün lazım olan 270 səsindən 20 seçici səsi həlledici bir mükafatdır.