Tramp debat sorğusunda Baydenə uduzdu

Tramp debat sorğusunda Baydenə uduzdu
23 Oktyabr 2020
Mətni dəyiş

ABŞ-da 22 oktyabrda keçirilən teledebatları izləyən tamaşaçılar Demokratlar partiyasının prezident seçkilərindəki namizədi Co Baydenin qalib gəldiyini düşünür. "RİA Novosti"nin xəbərinə görə, bunu "SSRS" şirkətinin apardığı sorğular göstərir.

"CNN" telekanalının sifarişi əsasında "SSRS" şirkətinin apardığı telefon sorğusunda 585 qeydə alınmış seçici iştirak edib.
Sorğunun nəticələrinə görə, debatlara tamaşa edən seçicilərin 53%-i Baydenin, 39%-i isə hazırkı prezident, Respublikaçılar partiyasının namizədi Donald Trampın qalib gəldiyini düşünür. Tamaşaçıların böyük hissəsi (73%) həmçinin hesab edir ki, Baydenin Trampa yönəltdiyi tənqidlər "əsasən ədalətli olub", həmçinin tamaşaçıların yarısı (50%) Trampın Co Baydenə olan hücumlarının ədalətli olduğunu deyib. İctimai rəyə görə, debatlardakı qələbə seçkilərdə uğur qazanmağa zəmanət vermir.
Sorğuların nəticələrinə görə, 2016-cı ildə Hillari Klinton hər üç debatda Donald Trampa qalib gəlmişdi, buna baxmayaraq, Klinton real seçkilərdə rəqibinə məğlub olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun