Tramp: Atəşkəsin pozulması məyusedicidir

Tramp: Atəşkəsin pozulması məyusedicidir
28 Oktyabr 2020
Mətni dəyiş

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında atəşkəs razılığına riayət edilməməsini məyusluq hissi ilə qarışladığını deyib. Tramp ölkədə prezident seçkilərinə bir həftə qalmış seçki kampaniyasını davam etdirmək üçün bir neçə ştata səfərindən öncə müxbirlərin suallarını cavablandırıb. O, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı jurnalistlərə bunları söyləyib:

“Bu münaqişə onların arasında illərdir davam edir. Onlar bir-biri ilə yola getmirlər. Onlar uzun illər münaqişədə olub. Bəli, bunu görmək məsyusedicidir. Ancaq uzun müddət ölkələr arasında belə münaqişə olduqda bu, baş verir. Vəziyyət bir araya gələcək.”

Bundan bir neçə saat öncə ABŞ Dövlət Katibi Mayk Pompeo Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ilə ayrı-ayrılıqda keçirdiyi telefon söhbətində onları atəşkəsə dair vədlərə əməl etməyə çağırıb.

Pompeo Azərbaycan və Ermənistan liderlərini atəşkəs vədinə əməl etməyə çağırıb

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun açıqladığı bəyanatda Pompeonun Azərbaycan və Ermənistan liderlərinə münaqişənin hərbi həll yolu olmadığını bildirdiyi qeyd edilir.

ABŞ, Azərbaycan və Ermənistan hökumətlərinin oktyabrın 26-da humanitar atəşkəs elan etməsinə baxmayaraq, tərəflər oktyabrın 27-də bir-birini atəşkəsi pozmaqda günahlandırır. Bundan öncə, oktyabrın 10-da Rusiyanın, oktyabrın 17-də Fransanın təşəbbüsü ilə humanitar atəşkəs razılığı olub. Bu razılaşmalara baxmayaraq aktiv hərbi əməliyyatlar davam etdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun