Tramp: "ABŞ-ın Əfqanıstandakı ordusu Milad bayramından əvvəl evə qayıtmalıdır"

Tramp: "ABŞ-ın Əfqanıstandakı ordusu Milad bayramından əvvəl evə qayıtmalıdır"
9 Oktyabr 2020
Mətni dəyiş

ABŞ prezident Donald Tramp çərşənbə günü Əfqanıstandakı bütün ABŞ əsgərlərini ilin sonuna qədər evlərinə dönməsini istədiyini deyib. Bu, administrasiyasının əsgərlərin geri qayıtması ilə bağlı günün əvvəlində göstərdiyi tarixdən çox əvvəldir.

"Milad gününə qədər cəsarətli kişi və qadınlarımızın Əfqanıstanda sayı azalmalıdır" - deyə, Tramp çərşənbə axşamı gecə Tweeter səhifəsində yazıb.

Ölkənin ən uzun müharibəsi 2001-ci il sentyabrın 11-də Nyu York və Vaşinqton şəhərlərinə hücumlara cavab olaraq Əfqanıstanı işğal etməsindən sonra başlayıb.

Bu işğal Əfqanıstanın ozamankı hakim Əl-Qaidə terror şəbəkəsini və onun lideri, 11 sentyabr hücumlarının təşkilatçısı Usamə bin Ladeni Taliban hərəkatını devirdi. Lakin devrildikdən sonra Taliban ABŞ-ın dəstəklədiyi mülki hökumətə qarşı amansız və qanlı bir qiyama qalxdı.

Taliban müharibədən sonrakı Əfqanıstanda daimi atəşkəs və hökumətin paylaşması ilə bağlı razılaşması əldə etmək üçün ölkədaxili danışıqlarda iştirak edir.

Trampın tvitindən bir neçə saat əvvəl ABŞ-ın Milli Təhlükəsizlik üzrə məsləhətçisi Robert Obrayen ABŞ-ın 2021-ci ilin əvvəlinə qədər Əfqanıstandakı ordusunun sayını 5000-dən 2500-ə endirmək niyyətində olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun