Tiqran Köçəryan Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib

Tiqran Köçəryan Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib
5 Oktyabr 2020
Mətni dəyiş

Erməni bloqer Tiqran Köçəryan Ermənistan Baş naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib. 

Abzas.net xəbər verir ki, bloqer özünün səhifəsində yerləşdirdiyi çağırışda Nikol Paşinyanı kəskin tənqid edərək, onu faktiki olaraq Ermənistanın Dağlıq Qarabağ savaşında uduzmasında ittiham edib.

Bloqer Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək, Paşinyan hökumətinin Stepanakertdə (red. Xankəndi) rus hərbçilərinin olması barədə yalan şayiələr yaydığını iddia edib. T. Köçəryan öz mənbələri vasitəsilə bu şayiələrin yalan olduğunu təsdiqləyib.

Həmçinin, Koçaryan Dağlıq Qarabağın cənub cəbhəsində (red. Füzuli-Cəbrayl istiqaməti nəzərdə tutulur) ermənilərin tam iflasa uğraması, yaralıları daşımaq üçün maşınların olmaması səbəbindən, bir çoxunun ölməsi, cəbhənin şimal tərəfində (red. Ağdərə istiqaməti nəzərdə tutulur) isə döyüşlərə cəlb olunmuş muzdluların Azərbaycanın artilleriya həmləsinə tab gətirməyərək qaçması barədə yazıb.

Maraqlısı isə T. Köçəryan Ermənistanın  baş naziri Nikol Paşinyanın Gəncəni vurmaq əmrini verməkdə ittiham etməsidir. Tiqran Köçəryan anlayır ki, bunun nəticəsində Ermənistanın şəhərlərini işğal olunmuş Xankəndinin gündəlik bombalanması kimi aqibət gözləyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun