TBMM sədri: "ATƏT-in Minsk qrupu Gəncədəki qətliamı görməzdən gəlir"

TBMM sədri: "ATƏT-in Minsk qrupu Gəncədəki qətliamı görməzdən gəlir"
20 Oktyabr 2020
Mətni dəyiş

“Gəncəyə edilən raket hücümü onu göstərir ki, Ermənistan hərbi cinayət törədir”

“Report”un Qərb Mərkəzinin məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Gəncədə olan bütün bunlar onu göstərir ki, Ermənistan bu müharibədə mülki vətəndaşları hədəfə alaraq hərbi cinayət törədir. Bu, Cenevrə Konvensiyasına görə də ziddir. Ermənistan hərbi hüquqa riayət etmir və alçaqcasına mülki şəxsləri hədəf alır. Təəssüf ki, Gəncədə olan bu qətliamı Minsk qrupu və digərləri görməzdən gəlir, buna qarşı bir tədbir görmürlər. Biz inanırıq ki, Azərbaycan öz torpaqlarının hamısını, Qarabağı işğaldan azad edəcək, Qarabağ Azərbaycandır!”, - o bildirib.

Qeyd edək ki, M.Şentop və onunla birgə Gəncəyə səfər edən Türkiyə millət vəkilləri və digər rəsmi şəxslər Ermənistan ərazisindən Gəncəyə edilən raket hücumu nəticəsində dağılan ərazilərə baş çəkib, orada dünyasını dəyişənlərin ruhuna dualar oxuyublar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun