Türkiyənin tanınmış köşə yazarı Yılmaz Özdilin “Son cürət” adlı yeni əsərinə kitab bazarından rekord sayda tələb gəlib. Bu barədə Turan informasiya agentliyinə “Son cüərt” kitabını çap edən SİA nəşriyyatının sahibi Saleh Yavuz verib.
”Kitabı 9 oktaybrda mətbəədən konkret sifarişlərə görə topdan və pərakəndə satış mağazalarına göndərməyə başladıq. Əvvəlcədən 400 min sifariş almışdıq, 30 min də əlavə çap etdik, ancaq gələn tələbə görə, hamısını satıb mətbəəyə 500 min ədəd ikinci nəşrin sifarişini verdik. Türkiyənin böyük kitab mağazalarından əlavə,marketlər zəncirində də Yılmaz Özdilin “Son cürət” əsəri satılır.
Türkiyə torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizənin fəal iştirakçılarından bəhs edən kitabın bizim nəşriyyatımızdan çıxmasına çox sevinirəm.
Türkiyənin ən çox oxunan yazarı hörmətli Yılmaz Özdil ilə əməkdaşlıq etmək nəşriyyatımızın gücünə güc qatır”- deyə sözlərinə davam edən SİA nəşriyyatının sahibi Saleh Yavuz mətbəəyə ikinci sifariş kimi verilən 500 min ədəd kitabın da sürətlə satışa çıxarıldığını vurğulayıb.
Yılmaz Özdilin 2 il əvvəl çapdan çıxan “Mustafa Kamal” kitabı indiyə qədər təxminən 1 milyon 200 min ədəd satılıb.
Bakıda 2019-cu ilin fevralında çap edilən kitab rus,alman, Çin, ərəb,ingilis dillərində də işıq üzü görüb.
”Son cürət” kitabında Türkiyənin istiqlal savaşında iştirak edən mühüm şəxslərin həyatının indiyə qədər çox məlum olmayan tərəfləri işıqlndırılıb.
Müəllifin bildirdiyinə görə, kitabda istifadə etmək üçün 12 il material toplayandan sonra əsəri 2 ilə qələmə alıb.”Son cürət” kitabına Türkiyənin məşhur televiziya jurnalisti və köşə yazarı Uğur Dündar ön söz yazıb.