Tərtərdə dəfn zamanı qəbiristanlığa mərmi atılıb, 3 mülki şəxs ölüb, 3-ü yaralanıb

Tərtərdə dəfn zamanı qəbiristanlığa mərmi atılıb, 3 mülki şəxs ölüb, 3-ü yaralanıb
15 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycan və Ermənistan arasında müharibə davam edir, cəbhə xəttində vəziyyət gərgin olaraq qalır.

Bu barədə Report agentliyinin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edirlər.

Oktyabrın 15-i erməni silahlı birləşmələri növbəti dəfə dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə Tərtərı top mərmisi atıb.

Ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb.

Nəticədə ilkin məlumatlara görə 3mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Həmin şəxslərin adları dəqiqləşdirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun