“Ermənistanın humanitar atəşkəsə “sadiqliyi” tamamilə riyakarlıqdır”.
Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında bildirib.
“Səhər saatlarından etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalır. 100-dən çox top mərmisi şəhəri və kəndlərini vurdu. Bir mülki şəxs öldürülüb, 6 mülki vətəndaş yaralanıb. Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın “Stalinqrad”ıdır”, - deyə H. Hacıyev qeyd edib.