'Stepanakert' sakini: “Yaşayış binalarında qaz və işıq yoxdur”

'Stepanakert' sakini: “Yaşayış binalarında qaz və işıq yoxdur”
5 Oktyabr 2020
Mətni dəyiş

'Stepanakert' sakini Linel Qarabağda vəziyyət gərginləşdiyi üçün şəhəri tərk etmək qərarına gəlib, baxmayaraq ki, əvvəlcə bu fikirdə olmayıb, hətta könüllülər dəstəsinə üzv olub.

Linel Rusiyanın 'Znak.com' internet resursuna açıqlamasında deyib ki, oktyabrın 4-də baş verənlərdən sonra fikrini dəyişib: "Qonşu evə mərmi düşdü, uşaqlar çox qorxdular. Onlara  görə döyüş bölgəsini tərk etmək qərarına gəldik".

"Biz atışmalara alışmışıq, çünki bu, artıq üçüncü müharibədir. Amma uşaqlar qorxur, ona görə də getmək məcburiyyətindəyik" - Linel belə deyib.

Linel bildirib ki, yaşayış binalarında elektrik enerjisi və qaz kəsilib, amma hələ də Stepanakertin zirzəmilərində çoxlu adam var, əsasən oğulları cəbhədə olan qocalar və qadınlardır: "Onlar heç yerə getməyəcəklər və lazım gəlsə, döyüşəcəklər".

Həmçinin xəbərdə deyilir ki, Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi bu ilin sentyabrında növbəti dəfə kəskinləşib:

"Bu proses 1988-ci ildə, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-dən çıxdığını elan etdikdən sonra başlayıb. Dünən Stepanakertdə bir elektrik stansiyası və bir qaz kəməri dağıdılıb".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun