Elon Maskın SpaceX şirkəti üç ayda üç hərbi müqavilə imzalayıb. Aerokosmika sənayəsi üzrə bir ekspert müqavilələrin bununla bitməyəcəyinə inanır.
Business Insider məcmuəsində dərc olunan məqalədə bildirilir ki, Cənubi Kaliforniya Universitetinin aerokosmika sənaye və mexaniki mühəndislik professoru Stiv Natın dediyinə görə, ABŞ-ın Müdafiə Nazirliyi hərbi təchizatları daha sürətli şəkildə çatdırmaq istəyir.
O, deyib ki, SpaceX bu ehtiyacı ABŞ ordusu artan qlobal siyasi gərginliklər səbəbilə “yeni alətlər” əldə etdiyi bir vaxt qarşılaya bilər.
“SpaceX-dən təchiz etməsi tələb olunan raketlər bu ehtiyacı qarşılayacaq – onlar dünyanın hər bir yerinə sürətli bir şəkildə aparat və dəstək təchizatları çatdıracaq,” Natt bildirib.
Onun sözlərinə görə, ənənəvi podratçılar “o qədər cansıxıcı, ləng və bahalıdır ki, SpaceX yeganə alternativdir.”
Məqalədə bildirilik ki, SpaceX avqust ayında ABŞ Kosmik Qüvvələri üçün yeni raketlər istehsal etmək məqsədilə 2 milyard dollarlıq razılığın bir hissəsini əldə edib. Bundan iki ay sonra şirkət raketləri izləyə bilən peyk istehsal etmək üçün Pentaqonla $149 milyon dollarlıq müqavilə bağlayıb.
Bunun ardınca oktybarın 8-də də ABŞ ordusu saatda 12,000 kilometr sürətlə hərəkət edərək bütün dünya boyu silah çatdıra biləcək raket istehsal etmək üçün SpaceX-lə əməkdaşlıq edəcəyini açıqlayıb.
İngiltərənin The Times qəzetinə görə, ABŞ-ın Florida ştatından Əfqanıstana təxminən 12,315 kilometrlik məsafə bu cür yüksək sürətli raket vasitəsilə bir saat içində qət edilə bilər.
Business Insider bildirir ki, müqayisədə maksimum saatda 950 kilometr sürətinə çata bilən və 218 milyon dollara başa gələn ABŞ-ın hərbi nəqliyyat vasitəsi C-17 Globemaster bu məsafəni 15 saatda qət edər.
Natın dediyinə görə, ABŞ-la Şimali Koreya kimi digər ölkələr arasındakı artan qlobal siyasi gərginlikləri nəzərə aldıqda Müdafiə Nazirliyinin sürətə olan ehtiyacı olduqca mühümdür.
“Ağır zirehli tanklar və yavaş hərəkət edən yük maşınlarının günləri sona çatır, çünki onları hədəf alıb, məhv etmək asandır.”
Onun fikrincə Müdafiə Nazirliyi “qüvvələrini sürətli bir şəkildə və aşkar olunmadan yerləşdirmək” istəyir. Bu isə o deməkdir ki, nəzəri cəhətdən, ordu düşmən qüvvvələr hücum etmədən əraziyə daxil ola və ya çıxa və beləcə tələfat və zərər görmək riskini azalda bilər”
“ABŞ ordusu yeni təchizatlar alır və gələcək münaqişələrə uyğunlaşır. Məncə biz, təəssüf ki, yeni silah yarışına daxil oluruq,” Nat deyib.