Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi İlham Əliyevə məktub yazdı

Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi İlham Əliyevə məktub yazdı
13 Oktyabr 2020
Mətni dəyiş

Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa və Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Turki Al Faysal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Bu günlərdə Sizin barədə çox düşünürük və bəzi fikirlərimizi Sizinlə bölüşmək istərdik. Siz ölkənizin əsas milli maraqlarının son dərəcə təhlükəli şəraitdə qorunub saxlanılması kimi böyük bir çağırışla üz-üzəsiniz. Təcrübəmizdən də bilirik ki, Sizə olan bütün təzyiqlərə tab gətirəcəksiniz.

Son iki onillikdə əldə etdiyiniz uğurları, eləcə də şəxsi və milli nailiyyətləri, beynəlxalq aləmdə qazandığınız nüfuzu, həmçinin Sizin fikirlərinizi dünyaya çatdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəyərli fəaliyyətini dünyada heç nə ilə müqayisə etmək olmaz.

Geosiyasətdə zaman hər şeyi həll edir. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin 30 ilə yaxındır ki, yerinə yetirilməməsindən xəbərdarıq.

Ancaq Siz yüksək idarəetmə bacarığı və strateji baxımdan səbirli yanaşma nümayiş etdirmisiniz. Biz bu məsələni Birləşmiş Millətlər Təşkilatının diqqətinə çatdırmalı və beynəlxalq qurumları bununla bağlı lazımi təzyiq göstərməyə cəlb etməliyik.

Siz daha güclü və daha nüfuzlusunuz.

Həmsədrlərimiz Vayra Vike-Freyberqa, İsmail Serageldin və baş katibimizlə birgə işləyərək üzvlərimizin fəal dəstək vermələrini koordinasiya edirik.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq. Dualarımız Sizinlədir".

Qeyd edək ki, Əmr Musa 2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin Xarici İşlər naziri olub, Turki Al Faysal isə Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, Kral Faysal Fondunun Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun