“Bu vəhşiliyə səssiz qalmaq bu cinayətlərə ortaq olmaq deməkdir”.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ermənilərin Gəncəyə raket atılması barədə danışarkən söyləyib.
“Ermənistan hərbi cinayət törətməyə, dinc əhalini qətl etməyə davam edir. Uşaq demədən günahsız insanları öldürür. İnsanlıqdan nəsibini almayanlar törətdiyi cinayətin bədəlini ödəyəcək”, - nazir vurğulayıb.