Azərbaycan Dövlət televiziyasının - AZTV-nin çəkiliş qrupu oktyabrın 14-də atəşə məruz qalıb, avtomobilin sürücüsü yaralanıb.
"Sərhədsiz reportyorlar" Ermənistanı bu hücum faktını araşdırmağa, habelə hər iki tərəfi beynəlxalq humanitar hüquqa riayət etməyə çağırır, bu barədə təşkilatın Tvitter hesabında yer alan press-relizdə deyilir.
Xatırladaq ki, Ermənistanın tərəf Tərtərdə avtomobillə hərəkətdə olan çəkiliş qrupuna artilleriya zərbəsi endirib.