Rusiya Tixanovskayanı axtarışa verib

Rusiya Tixanovskayanı axtarışa verib
8 Oktyabr 2020
Mətni dəyiş

Rusiya hökuməti Belarus prezidentliyinə namizədlərdən biri olan müxalifət lideri Svyatlana Tixanovskayanı axtarışa verib.

O həyatına təhlükə olduğunu bildirərək Belarusu tərk edib və qonşu Litvaya sığınıb.

AzadlıqRadiosunun Rus xidməti Rusiya Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən yazır ki, onun Cinayət Məcəlləsi əsasında axtarışa verildiyi bildirilsə də, bunun məhz hansı maddə üzrə olduğundan söz açılmır.

Belarusda Tixanovskayaya qarşı cinayət işi açılıb. O “milli təhlükəsizliyə hədə yaradan hərəkətlərə çağırışda” ittiham olunur.

Hazırda Litvada olan Tixanovskaya sərbəst şəkildə başqa ölkələrə səfərlər edir, Avropa İttifaqının liderləri ilə görüşlər keçirir.

Svyatlana Tixanovskaya avqustin 9-da Belarusda keçirilən prezident seçkisində müxalifətin vahid namizədi idi.

Prezidentliyini qoruyub saxlamağa çalışan Alyaksandr Lukaşenkanın bir çox başqa rəqibləri, o cümlədən Tixanovskayanın əri də seçkiyə buraxılmamışdı.

Onlara qarşı da cinayət işləri açılıb və onlar hazırda həbsxanadadırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun