Rusiya prezidenti Vladimir Putin çərşənbə günü keçirilən hökumət iclasında tənzimləyici orqanlara ikinci COVID-19 peyvəndini təsdiq etməsinə icazə verildiyini bildirib.
Putin Sibirin Vektor İnstitutu tərəfindən hazırlanan və keçən ay erkən mərhələdə insanlar üzərində sınaqları başa çatan yeni peyvəndin təsdiqlənməsinə görə alimləri təbrik edib.
"Birinci və ikinci peyvəndin istehsalını artırmalıyıq", Putin dövlət televiziyası ilə yayımlanan çıxışı zamanı deyib.
"Xarici partnyorlarımızla əməkdaşlığı davam etdiririk və peyvəndimizi xaricdə təqdim edəcəyik" - deyə, o bildirib.
Rusiya avqust ayında genişmiqyaslı sınaqların tamamlanmadan COVID-19 peyvəndinin təsdiqinə icazə verən ilk ölkə oldu. Bu, qlobal elmi ictimaiyyət tərəfindən narahatlıqla qarşılanmışdı.
Russia in August became the first country to grant regulatory approval for a COVID-19 vaccine, doing so before large-scale trials were complete, to the concern of some in the global scientific community.
Rusiyanın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, təxminən 400 yüksək riskli xəstəyə peyvənd vurulub. Sovet İttifaqı tərəfindən buraxılmış dünyada ilk peykinin şərəfinə "Sputnik V" adlanan peyvənd hələ dövriyyədə deyil.
Pandemiya başlayandan bəri Rusiyada 1340409 yoluxma halı qeydə alınıb. Rusiya yoluxmaların sayına görə ABŞ, Hindistan və Braziliyadan sonra dünyada dördüncü yeri tutur.