Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağdakı vəziyyət barədə Xarici İşlər nazirlərinin birgə bəyanatını hazırlayır.
Abzas-ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
Nazir bildirib ki, bəyanatın hazırlanması ilə yanaşı, həm də qan tökülməsinin qarşısının alınması və vəziyyətin danışıqlar müstəvisinə qayıtması üçün konkret addımlar barədə fikirləşmək lazımdır.