"Rossiya-1” telekanalı Nikol Paşinyanın Vladimir Putinə aramsız zənglərini əks etdirən kadrlar yayıb

"Rossiya-1” telekanalı Nikol Paşinyanın Vladimir Putinə  aramsız zənglərini əks etdirən kadrlar yayıb
5 Oktyabr 2020
Mətni dəyiş

“Rossiya-1” telekanalı Prezident Vladimir Putinin Rusiyanın hökumət üzvləri ilə keçirdiyi iclas zamanı Ermənistan baş naziri Nikol Paşinyanın Kremlə aramsız zənglərini əks etdirən kadrlar yayıb.

Abzas.net xəbər verir ki, “Moskva, Kreml, Putin” verilişində Prezident Vladimir Putinin iclasda iştirakı zamanı Paşinyanın ona dəfələrlə zəng vurduğu əks olunur.

Kadr arxasında Vladimir Salavyov bildirir ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı digər ölkələrin rəhbərləri Vladimir Putinə daim zəng vururlar. Kadrlardan görünür ki, Vladimir Putin zənglərə cavab vermir.

Müxbir Prezidentin mətbuat xidmətinə istinadla deyir ki, zəng vuran Paşinyandır. Daha sonra iki dəfə Fransa Prezidenti Makron zəng vurub. Bundan sonra Rusiya Prezidentinin köməkçisi ona məktub da çatdırır. Vladimir Putin iclasın sonunadək Paşinyanın zənglərinə cavab vermir. http://https://youtu.be/MxbZzY_ZG2g (Report)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun