RF-nin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb

RF-nin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb
28 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycanda sanitar-epidemioloji vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar oktyabrın 27-də noyabrın 8-nə qədər (8-i daxil olmaqla) bütün konsulluq, notariat və dövlət xidmətlərinin göstərilməsi üçün vətəndaşların Rusiyanın Bakıdakı Səfirliyinin konsulluq şöbəsinə buraxılması dayandırılır. Bu barədə səfirliyin saytında yer alan məlumatda bildirilir.

Məhdudiyyətlərin müddəti uzadıla bilər. Konsulluq şöbəsində qəbulların bərpa edilməsi haqqında qərar COVİD-19-un yayılması vəziyyətinin inkişafından asılı olaraq qəbul ediləcək.

Dövlət köçürmə proqramı üzrə qəbul da müvəqqəti olaraq dayandırılır. Konsulluq şöbəsinə qəbulun bərpası haqqında əlavə olaraq elan veriləcək. Elektron növbəyə yazılma müvəqqəti olaraq dayandırılıb, cari qeydlər isə ləğv edilib.

“Əlavə olaraq bildiririk ki, “Samur” sərhəd keçid məntəqəsindən vətəndaşların Rusiyaya gedişi qaydası olduğu kimi qalır”, deyə məlumatda bildirilir.

https://azerbaijan.mid.ru/corvid2.

Bir qədər əvvəl RF-nin Yerevandakı səfirliyi də qeyd edilən səbəblərlə əlaqədar fəaliyyətini dayandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun