Rəsmilərin bildirdiyinə görə, Hindistanın cənubundakı Telanqana ştatında baş verən rekord yağışlar və güclü daşqınlar evlərin dağılmasına və azı 15 nəfərin ölümünə səbəb olub.
Polis məmuru Qaya Bopal Rao ştatın paytaxtı Heydərəbadda bir evin divarının qonşu evə düşərək onu yıxdığı zaman daha 4 nəfərin yaralandığını bildirib.
Polis komissarı Anyani Kumar ilk çıkən evin Heydərəbadın təpəlik ərazisində olduğunu və son 24 saat ərzində 25 santimetrdən çox yağışın təməli boşaldığını deyib. Evin çöxməsi 8 nəfərin ölümü ilə nəticələnib.
Kumar şəhərdəki digər iki evin çökməsi nəticəsində daha 5 nəfərin öldüyünü bildirib. Onun dediyinə görə, digər iki nəfəri ştatın başqa yerlərində sel aparıb.
Yağış şəhəri aeroportla birləşdirən magistral yolun bir hissəsini yuyub aparıb. Mahalın administratoru Amoy Kumar şəhərdəki gölün daşması nəticəsində 30 avtomobil və yük maşınını sel aparıb.
Builki güclü daşqınlar Cənubi Asiyanın 9.6 milyondan çox sakinini təsirinə məruz qoyub, yüz minlərlə insan və dərman əldə etməkdə çətinlik çəkib.
İyun ayından başlayan leysan yağışlar və daşqınlar səbəbindən Hindistan, Banqladeş və Nepalda təxminən 550 nəfər ölüb, milyonlarla insan evlərindən didərgin düşüb.