Qırğız Respublikasında parlament və prezident seçkilərinin ilkin tarixləri açıqlanıb.
Bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldbekova “RİA Novosti”yə bildirib.
“Parlament seçkiləri 2020-ci il dekabrın 20-də keçirilə bilər. Prezident seçkisinin 2021-ci il yanvarın 21-nə təyin olunacağı gözlənilir”, - sədr vurğulayıb.
Qırğızıstanın yeni baş naziri Sadır Japarov isə bildirib ki, növbədənkənar prezident seçkisi 2021-ci il yanvarın 10-da keçirilə bilər. O, ölkəsində hakimiyyətin dinc yolla təhvil verildiyini də qeyd edib.
Qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov istefa verib.
Qeyd edək ki, oktyabrın 4-də Qırğız Respublikasında parlament seçkiləri keçirilib. Parlamentdəki 120 yer uğrunda 16 partiya mübarizə aparıb. İlkin məlumata görə, 46 deputatla ən çox yeri Birimdik Partiyası qazanıb. Sonrakı yerlərdə 45 deputatla Mekenim Qırğızıstan Partiyası, 13 deputatla Butun Qırğızıstan Partiyası gəlirdi. Ancaq bu partiyalar 7 faizlik seçki baryerini aşmışdı.
Oktyabrın 5-də başlayan etiraz aksiyaları fonunda Qırğızıstan Mərkəzi Seçki Komissiyası son seçkilərin nəticələrini ləğv edib. Hazırda respublikada keçmiş deputatların səlahiyyətlərinin icrasını davam etdirir.