Qırğız Respublikasının keçmiş prezidenti ev dustağı edilib

Qırğız Respublikasının keçmiş prezidenti ev dustağı edilib
6 Oktyabr 2020
Mətni dəyiş

Qırğız Respublikasının paytaxtı Bişkekin Pervomay rayon məhkəməsi ölkənin keçmiş prezidenti Almazbek Atambayevin barəsində seçilən həbs tədbirini ev dustaqlığı ilə əvəz edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu keçmiş prezidentin vəkili Sergey Slesarev bildirib.

Xatırladaq ki, sentyabrın 4-də Qırğız Respublikasında parlament seçkiləri keçirilib. Müxalifət bu siyasi kampaniyanın nəticələrinə etiraz aksiyası keçirib. Oktyabrın 5-də Qırğızıstan parlamenti və başqa dövlət idarələri etirazçılar tərəfindən tutulub. Keçmiş prezident Almazbek Atambayev, keçmiş baş nazir Temir Sarıyev həbsdən azad edilib.

Qeyd edək ki, Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin Pervomay rayon məhkəməsi ölkənin keçmiş prezidenti Almazbek Atambayevin 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi və mal-mülkünün müsadirə olunması barədə hökm çıxarıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun