Qırğızıstan Mərkəzi Seçki Komissiyası dünən ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrini etibarsız elan edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə komissiya üzvlərindən biri məlumat verib.
Qeyd edək ki, oktyabrın 4-də baş tutmuş seçkilərin nəticələri ilə bağlı ilkin məlumata görə, qanunverici orqanda təmsil olunmaq hüququna Birimdik Partiyası (səslərin 24,52 faizini toplayıb), Mekenim Qırğızıstan Partiyası (23,89%), Qırğızıstan Partiyası (8,73%) və Butun Qırğızıstan Partiyası (7,11%) yiyələnib.
Digər partiyalar 7%-lik həddi aşa bilməyib və çoxsaylı pozuntular olduğunu bildiriblər. Ölkə prezidenti Sooronbay Jeenbekov seçki prosesi zamanı səslərin alınmasının problemə çevrildiyini etiraf edib.
Etirazçılar Bişkekdə respublika prezidenti administrasiyasının da yerləşdiyi parlament binasını ələ keçirib.
Nümayişçilər həmçinin Bişkekin yeni merini elan ediblər və yeni baş nazir təyin etmək istədiklərini açıqlayıblar.