Qırğız Respublikasının Dövlət Sərhəd Xidmətinə (DSX) ölkədən yüksək vəzifəli şəxslərin çıxmasının qarşısının alınması barədə əmr gəlib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə DSX-dan məlumat verilib.
Qeyd edək ki, Qırğız Respublikasında parlament seçkilərindən sonra iğtişaşlar başlayıb. Oktyabrın 6-na keçən gecə etirazçılar Ağ Evin binasına daxil olub, eləcə də ölkənin keçmiş prezidenti Almazbek Atambayevi təcridxanadan azad ediblər. Qırğızıstan MSK isə sonradan seçkinin nəticələrini etibarsız saydığını açıqlayıb. Baş nazir Kubatbek Boronov istefa verib. Müxalifət iki koordinasiya şurası yaradıb.