"Qarabağla bağlı istənilən danışıq masasında Türkiyə də olmalıdır" - Meral Akşener

"Qarabağla bağlı istənilən danışıq masasında Türkiyə də olmalıdır" - Meral Akşener
13 Oktyabr 2020
Mətni dəyiş
"Türkiyə Dağlıq Qarabağla bağlı danışıqlar gedən o masalarda qardaşının yanında olmalıdır. Bunu Azərbaycanımızın yalnız olmadığını dosta və düşmənə göstərmək üçün etməlidir”.
Bu sözləri İyi Partiyasının sədri Meral Akşener parlament fraksiyasının toplantısında deyib.
Akşener Azərbaycanda baş verənləri yaxından izlədiklərini bildirib.
“Atəşkəs elan edilməsinə baxmayaraq, utanmadan mülki qardaşlarımıza təcavüz edən Ermənistanı da diqqətlə izləyirik. Moskvada əldə olunan atəşkəs razılığından bir neçə saat sonra, Gəncədə mülki insanlara hücum edən bu gözüdönmüşlüyü artıq dünya daha yaxşı tanımalıdır”, - deyə o, qeyd edib
Akşener bildirib ki, Qarabağla bağlı hər hansı danışıqlar masasında Türkiyənin də olması vacibdir. O, bir neçə gün qabaq Moskvada qəbul edilən atəşkəs bəyannaməsinə də toxunub və Türkiyənin həmin görüşdə təmsil olunmamasını tənqid edib.
“Qəfildən qurulan danışıqlar masasında tərəflərdən başqa yalnız Moskva vardı. Və Rusiyanın xarici işlər naziri "böyük qardaş" ədası ilə atəşkəsi elan etdi. Qardaşımızın vurulduğu bir müharibə ilə bağlı danışıqlar masası bizim üçün ar məsələsidir. Türkiyə o masada olmalıdır. İqtidarı bu məsələdə daha diqqətli olmağa çağırıram. Xaricdə, məsələ ilə bağlılığı olan ölkələrdə diplomatiya və diaspor fəaliyyətlərinə ağırlıq verilməli, haqlı olduğumuz dünyaya anlatılmalıdır. Qarabağda yolumuzun bağlanmasına izn verə bilmərik, çünki Qarabağ, sadəcə Azərbaycan Türk dövlətinin deyil, bu böyük coğrafiyadakı hər Türkün davasıdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun