Qara dənizdə yeni qaz ehtiyatları aşkar edilib

Qara dənizdə yeni qaz ehtiyatları aşkar edilib
14 Oktyabr 2020
Mətni dəyiş

Qara dənizin Türkiyəyə məxsus sektorunda karbohidrogen ehtiyatlarının aşkar edilməsi ilə bağlı işlər davam etdirilir.

Türkiyənin "Sözçü" nəşri xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup iclasında bildirib.

“Ölkəmizin kəşfiyyat donanmasına daxil etdiyimiz son gəmi - “Kanuni” cari təmirdən sonra Qara dənizə yollandı. Həmin gəmimizdən muştuluqlar gözləyirik. “Fatih” gəmisinin kəşfiyyat əməliyyatlarından da muştuluq xəbərləri gəlir. Yeni yatağın ehtiyatını şənbə günü açıqlayacağıq”, - deyə o, qeyd edib.

Xatırladaq ki, bu ilin avqust ayında Türkiyə prezidenti Qara dənizdə 320 milyard kubmetr həcmində təbii qaz yatağı aşkar etdiklərini, 2023-cü ilə qədər həmin yatağın istismarına başlamağı hədəflədiklərini bildirmişdi. Ekspert Əli Arif Aktürk bu hədəfin kifayət qədər çətin olduğunu bildirib: “Hasilat üçün iddialı bir hədəf qoyulub. 2023-cü ilə qədər bu məsələni həll etmək asan deyil. Üzən platforma kirayə götürmək və yaxud almaq lazım gələcək. Texniki məlumatlar az olduğu üçün dəqiq rəqəm söyləmək çətindir, amma yatırım həcmi 5 milyard ABŞ dollarını keçə bilər. O bölgədə adıçəkilən quyudan başqa mənbə olub-olmadığına dair daha çox araşdırma aparılmalıdır”.

“Enerji Gunlğü” nəşrinin baş redaktoru Mehmet Qara isə həmin yatağın istismarı nəticəsində dünya bazarında qiymətlərin dəyişməyəcəyini, həmin qazın idxal olunan əcnəbi qazdan o qədər də ucuz olmayacağı qənaətindədir.

Qeyd edək ki, Türkiyənin ötən il 45 milyard kubmetr təbii qaz idxal edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun