Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin bu həddə qədər gəlib çatmasında SSRİ rəhbərliyini günahlandırıb.
O, bu barədə “VTB Kapital”ın “Rusiya çağırır!” investisiya forumunun plenar iclasında bildirib.
“Münaqişə nə ilə başladı? Etnik toqquşmalarla... Sovet İttifaqının o zamankı rəhbərliyi isə insanların təhlükəsizliyini təmin etmək üçün heç bir həqiqi tədbir görmədi”, - o deyib.