Prezidentin köməkçisi: "Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir"

Prezidentin köməkçisi: "Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir"
11 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam etdirməsi ilə bağlı paylaşım edib.

"Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir", - deyə Azərbaycan Prezidentinin köməkçisi "Twitter" səhifəsində yazıb.

Prezidentin köməkçisi bildirib ki, Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir: “Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

Hikmət Hacıyev həmçinin əlavə edib ki, hazırda ən azı yeddi mülki şəxs, o cümlədən qadınlar öldürülüb. Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun