BŞ Qarabağda atəşkəs rejiminə nail olmaq üçün bütün diplomatik alətlərdən istifadə edir. Bu barədə ötən gün brifinqdə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.
“Biz avropalı tərəfdaşlarımıza, sözün düzü, bütün dünyadakı bir çox ölkələrə qoşulmuşuq ki, münaqişənin nizamlanmasına başlamaq üçün atəşin dayandırılmasını xahiş edək”, - o, ABŞ-ın hərəkətləri ilə bağlı suala cavabında bildirib.
Onun sözlərinə görə, ABŞ dinc sakinlərin ölüm xəbərlərindən narahatdır.
“Biz Türkiyənin Azərbaycanı gücləndirməyə başladığını gördük. Bz problemləri artırmamaq üçün bütün beynəlxalq oyunçulardan bölgədən uzaq durmalarını xahiş etdik və bunun üzərində işləyirik. Biz atəşkəsə və münaqişənin beynəlxalq hüquqa əsaslanan nizamlanmasına nail olmaq üçün diplomatik alətlərimizdən istifadə edirik”, - o vurğulayıb.