Polşa Prezidenti Andjey Dudaya koronavirus diaqnozu qoyulub.
Bu barədə dövlət başçısının mətbuat katibi Blajey Spixalskiy məlumat verib.
"Dünən prezident Andjey Duda koronavirus testindən keçib. Test pozitiv nəticələnib",- deyə Spixalskiy Tvitter hesabında yazıb. Mətbuat katibinin sözlərinə görə, prezident özünü yaxşı hiss edir.